F-18-lər də gəlir: Rusiya geri çəkiləcək

Payızda təkcə F-16 qırıcıları deyil, Avstraliyanın təhvil verməyə hazır olduğu F-18 qırıcıları da Ukraynaya gələ bilər.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu polşalı deputat, tarixçi və publisist Miroslav Çex deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın yeni hava donanmasından öz ərazisinin dərinliklərində gizlənməli olacaq:

"Ukrayna üçün F-16-lar Niderlanddakı aerodromlarda yerləşdirilib. Avstraliya da F-35-lərə keçir və F-18-i göndərməyə hazırdır. F-16 və F-18 ilə Ukraynanın hava donanması böyük və güclü olacaq, Rusiya isə öz ərazisinin dərinliklərində gizlənməli olacaq. Bunun baş verəcəyi planlaşdırılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31