Emmanuel Makron və İbrahim Rəisi arasında telefon danışığı olub
10 İyun 2023 19:27 Dünyaİran Prezidenti İbrahim Rəisi ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, tərəflər arasında danışıq 90 dəqiqə çəkib.
İran Prezidenti Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib ki, danışıqlar zamanı Makron Parisin Tehranla əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.
Prezidentlər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə edib, İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31