Putin Ukraynanın əks-hücuma başladığını ELAN ETDİ
9 İyun 2023 22:12 DünyaRusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücuma başladığını elan edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.
"Əminliklə demək olar ki, onların əks-hücumu başlayıb və bunu strateji ehtiyatlardan istifadə sübut edir. Bu, tamamilə aşkar şeydir", - Rusiya lideri bildirib.
O qeyd edib ki, gərgin döyüşlər təxminən beş gündür davam edir.
Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin davamlı hücum potensialını da vurğulayıb.
"Rusiya hərbi rəhbərliyi mövcud vəziyyəti real qiymətləndirir və yaxın gələcəkdə öz hərəkətlərimizi bu reallıqlardan çıxış edərək quracağıq", - V.Putin əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31