Kaxovka SES bəndinin uçması Krımın su təchizatına təsir göstərmədi - ÖZƏL

"Kaxovka Su Elektrik Stansiyasında (SES) bəndin dağılması Krımın su təchizatına təsir etməyəcək, çünki hazırda regionun bütün su anbarları tam gücü ilə işləyir və su ehtiyatı təxminən 18 aya kifayət edəcək".

Olaylar.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Marat Xusnullin bildirib. 
"Kaxovka SES-də strukturların dağılması nəticəsində yaranan vəziyyət Krımın su təchizatına təsir göstərməyəcək. Hazırda Krımda bütün su anbarları tam gücü ilə işləyir" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31