İsveçdən PKK-ya zərbə: Bir ilk oldu- ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyənin NATO-ya üzvlüyünə etirazından sonra iyunun 1-dən etibarən yeni antiterror qanun layihəsini qəbul edən İsveçdən diqqətəlayiq bir addım gəlib. Finlandiya ilə NATO-ya üzvlük üçün müraciət edən, lakin terrorla mübarizədə əməkdaşlıq etmədiyi və Ankaranın tələblərini nəzərə almadığı üçün üzvlük prosesi dayandırılan İsveçdən yeni addım gəlib. İsveçdə iyunun 1-də qüvvəyə minən yeni antiterror qanunundan sonra terror təşkilatı PKK-ya maliyyə dəstəyi verən və silahlı cinayətlərdə iştirak edən şəxsə qarşı cinayət işi açılıb. Belə ki, İsveç prokurorluğu Avropa İttifaqı və ABŞ tərəfindən rəsmən terror təşkilatı kimi tanınan PKK-ya maliyyə dəstəyi verən şəxsə qarşı ilk dəfə ittiham irəli sürülüb. "İstintaq bu adamın PKK-ya dəstək verməsi ilə bağlı şübhələri dəstəkləyir", - deyə prokurorluğun açıqlamasında bildirilib.  Britaniyanın Reuters xəbər agentliyinin verdiyi məlumata görə, həmin şəxsin adı açıqlanmasa da, 40 yaşlı kişinin şantaj, ağır silahlı hücum və terrora maliyyə dəstəyi ilə ittiham edildiyi qeyd edilib. İsveçin ən çox oxunan qəzetlərindən biri olan "Expressen" bu adamın daha əvvəl yol hərəkəti cəzası aldığını və sərxoş halda avtomobil idarə etdiyinə görə də cəzalandırıldığını, bir neçə ildir İsveçdə yaşadığı bildirilmişdi. Adı açıqlanmayan şəxs məsələ ilə bağlı açıqlama verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31