AB yeni immiqrasiya və sığınacaq qaydaları haqqında razılığa gəlib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) üzv dövlətlər arasında ən mübahisəli məsələlərdən biri olan ümumi immiqrasiya və sığınacaq qaydaları ilə bağlı uzun illər dalana dirəndikdən sonra razılığa gəlib. AB-yə sədrlik edən İsveçin miqrasiya naziri Maria Malmer Stenergard və AB Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson Aİ daxili işlər nazirlərinin görüşündən sonra mətbuata açıqlamalar verib. "Bu gün uzun illər davam edən danışıqlardan sonra biz tarixi addım atdıq", -deyə Stenergard bildirib. Nazirlərin AB-nin sığınacaq sistemi islahatının iki əsas sütunu üzərində razılaşdıqlarını ifadə edən Stenergard, sığınacaq axtaranların üzv dövlətlər arasında bölüşdürülməsi üçün "məsuliyyət" və "həmrəylik" arasında yaxşı bir tarazlığın qurulduğunu bildirib.

Sığınacaq axtaranları qəbul etməyən üzv ölkələrin ev sahibi ölkələrə adambaşına 20 min avro ödəyəcəklər. İlk mərhələdə maksimum 30 min sığınacaq axtaran şəxs qəbul ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31