El Nino başladı: temperatur rekordu 2024-cü ildə qırıla bilər- ÖZƏL

Olaylar.az xəbər verir ki, planeti 1-2 il isidən El Nino kimi tanınan hava hadisəsi Sakit Okeanda başlayıb. ABŞ alimləri El Nino səbəbiylə gələn il temperatur rekordunun qırılacağını gözləyirlər. Mütəxəssislər 2024-cü ildə El Ninonun təsiri ilə qlobal istiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılması hədəfinin aşılmasından narahatdırlar. Hələlik El Nino-nun 2024-cü ilin yazına qədər aktiv olacağı və sonra tədricən təsirini itirəcəyi gözlənilir. El Nino səbəbiylə Avstraliyada quraqlıq, ABŞ-ın cənubunda daha intensiv yağışlar, Hindistanda musson yağışlarının azalması ön plana çıxır. Böyük Britaniya Meteorologiya Bürosunun Uzunmüddətli Proqnozlar üzrə direktoru Adam Scaife, "El Nino getdikcə güclənir. Bir neçə aydır ki, onun gəlişinin əlamətlərini görürük. Düşünürük ki, bu ilin sonuna qədər onun təsiri pik həddə çatacaq. Ona görə də 2024-cü ilin qlobal temperatur rekordunu qırması mümkündür"deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31