İsveçrə Ukraynaya 5 milyard franklıq yardım paketini rədd edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, İsveçrə Nümayəndələr Palatası Ukraynaya dəstək üçün 5 milyard İsveçrə frankı (5,5 milyard dollar) məbləğində yardım paketini rədd edib.  

İsveçrə mətbuatında çıxan xəbərə görə, beş-on il davam etməsi gözlənilən bu yardım paketi təklifi Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsi tərəfindən rədd edilib. İsveçrənin xarici işlər naziri İqnazio Kassis qərarla bağlı verdiyi açıqlamada İsveçrənin Ukrayna xalqı üçün üç dəstək paketi hazırladığını və davam edən müharibə səbəbiylə yenidənqurma ehtiyacının nə qədər olacağını təxmin edə bilmədiklərini bildirib.

"İsveçrə artıq Ukraynaya böyük maliyyə töhfəsi verib. İsveçrə hökuməti artıq 2025-2028-ci illər üçün Ukrayna və region üçün təxminən 1,5 milyard frank ayırıb", -deyə  Kassis bildirib. 

Yardım paketinin humanitar yardım, mülki əhalinin müdafiəsi, minalardan təmizlənməsi və sülh quruculuğu üçün istifadə edilməsi planlaşdırılırdı. Bildirilib ki, qərar Ukrayna prezidenti Vladimir Zelenskinin İsveçrə parlamentindəki çıxışından bir həftə əvvəl verilib. Ukraynaya yardım məsələsinin iyunun 12-də yenidən parlamentin gündəminə gətiriləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31