Qanlı atışma: 2 nəfər öldü, 4-ü yaralandı
8 İyun 2023 23:43 Dünyaİstanbulun Fateh ilçəsində yerləşən Katip Kasım Məhəlləsindəki bazar ərazisində naməlum şəxs ətrafa atəş açıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bazarda çalışan Bəşir.K. və Harun.K. həmin şəxslə naməlum səbəbdən mübahisə etməyə başlayıb.
Bundan sonra ərazini tərk edib, axşam saatlarında oraya qayıdan şübhəli üzərindəki silahla adıçəkilənlərə atəş açıb və nəticədə qarşılıqlı atışma yaşanıb.
Atışmada ağır yaralanan Bəşir.K. və Harun.K. aparıldıqları xəstəxanada həyatlarını itiriblər.
Bundan əlavə, atışma zamanı 4 nəfərin də yaralandığı bildirilib.
Məlumata görə, polisin axtarışları nəticəsində hadisəni törədən şəxs yaxalanıb.
Olayla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31