Türkiyənin xarici işlər naziri və Dmitri Kuleba arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı olub.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

"Bu gün xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb. Söhbət zamanı həmkarı nazir Hakan Fidanı yeni təyinatı münasibətilə təbrik edib və Ukraynaya səfərə dəvət edib. Ukraynada baş verən cari hadisələr də müzakirə olunub", - Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31