"Ruslar hücuma keçmək istədi, lakin..."
8 İyun 2023 20:08 DünyaUkrayna ordusu Orexovo istiqamətində Rusiya hərbçilərini aktiv müdafiə olunmağa məcbur edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
"Zaporojyenin Orexovo istiqamətində düşmən aktiv şəkildə müdafiə olunmaqdadır", - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, bəzi yerlərdə düşmən Baxmut istiqamətində hücuma keçməyə çalışsa da, buna nail ola bilməyib, aktiv döyüşlər davam edir. Oxşar vəziyyət Avdeyev və Liman istiqamətlərində də müşahidə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31