Tunisdə hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Tunisə aid hərbi helikopter ölkənin şimalında Serrat burnu yaxınlığında qəzaya uğrayıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Tunisin Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Qeyd edilib ki, çərşənbə günü axşam əlaqə kəsilən helikopter patrul missiyasını yerinə yetirərkən dənizə düşüb. Təyyarədə dörd ekipaj üzvü olub.

Axtarış qrupları hadisə yerindədir. Bu günə qədər sudan ölən iki nəfərin cəsədi, həmçinin helikopterin qalıqları çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31