Blinkenin Səudiyyə səfəri çərçivəsində Putinin vəliəhdə müəmmalı zəngi - ÖZƏL
8 İyun 2023 16:23 DünyaBirləşmiş Ştatların dövlət katibi Antoni Blinkenin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Səudiyyə vəliəhdi şahzadə Məhəmməd Bin Salmana telefon zəngi olub. "OLAYLAR" CNNTürk-ə istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin və səudiyyəli vəliəhd arasında baş tutan telefon danışığı zamanı hər iki tərəf qeyri-OPEC çərçivəsində əməkdaşlıq səviyyəsini müzakirə edib.
Danışıqlarda neft ixracı və neftə olan tələbat, eləcə də balansın qorunması üçün vaxtında və effektiv addımlar atmağın zəruriliyi qeyd edilib.
Qeyri-rəsmi mənbələrin xəbərinə görə, Kreml rəhbəri səudiyyəli vəliəhddən Amerika ilə Rusiya arasında vasitəçilik etmək xahişində bulunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31