Rusiyanın atom elektrik stansiyaları dronlardan və kiberhücumlardan yaxşı qorunur - ÖZƏL
8 İyun 2023 15:54 Dünya"Rusiyanın Atom Elektrik Stansiyaları (AES) hazırda harada yerləşməsindən asılı olmayaraq həm kiberhücumlardan, həm də dron hücumlarından etibarlı qorunma alır".
Olaylar.az xəbər verir ki, bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçev bildirib.
"Zaporojye AES-i hədəf alanlar çoxalıb. Rosqvardiya [Rusiya Milli Qvardiyası] ilə birlikdə çalışaraq, biz nüvə stansiyalarımızı həm fiziki, həm də kiberhücumlar baxımından qorumaq üçün hər şeyi etdik. Stansiyaların işini pozmağa cəhdlər dayanmadan davam edir. Deyə bilərik ki, bu gün atom elektrik stansiyalarımız harada yerləşməsindən asılı olmayaraq etibarlı şəkildə qorunur" - Lixaçov vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31