"Hətta bu sanksiyaların qanunsuz tətbiq edilməsinə baxmayaraq...” - Zaxarova

Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpası heç bir Qərb sanksiyalarını pozmur.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Biz bu aviareyslərin hansısa qadağaları, və s.-ni pozması barədə çox eşitmişik. Rusiya və Gürcüstan arasında aviareyslər heç bir sanksiya rejimini pozmur. Hətta bu sanksiyaların qanunsuz tətbiq edilməsinə baxmayaraq...", - deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, 2023-cü ilin mayından Rusiya və Gürcüstan arasında aviareyslər bərpa edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31