Əfqanıstandakı sui-qəsdi İŞİD terror təşkilatı üzərinə götürüb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində Taliban tərəfindən təyin edilmiş valinin müavini Mövləvi Nisar Əhməd Əhmədinin ölümü ilə nəticələnən sui-qəsdin məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb. Terror təşkilatı İŞİD sosial media hesabından verdiyi açıqlamada dünən səhər saatlarında baş verən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bədəxşan əyalətinin mərkəzi rayonunda, Feyzabadın Məhkəmə Meydanında Bədəhşan valini və müavinini hədəfə alan intiharçı hücumu nəticəsində həlak olub. 

Taliban 2021-ci ilin avqustunda Əfqanıstan administrasiyasına gəldikdən sonra İŞİD həm Taliban üzvlərinə, həm də mülki şəxslərə qarşı hücumlarını artırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31