Zaporojye AES su anbarında suyun səviyyəsi tədricən azalır - ÖZƏL
7 İyun 2023 12:18 Dünya"Zaporojye Atom Elektrik Stansiyasını (ZNPP) təmin edən su anbarında suyun səviyyəsi gün ərzində azalıb".
Olaylar.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib. Onun sözlərinə görə, yerli vaxtla səhər saat 10:00-dan axşam saat 20:00-a kimi su anbarında suyun səviyyəsi 83 santimetr azalaraq 15,44 metrə çatıb. Səviyyə 12,7 metrdən aşağı düşdükdə, ZNPP artıq ərazidəki ehtiyatları artırmaq üçün anbardan suyu çəkə bilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31