Çin və Rusiya təyyarələri Yaponiyaya yaxın sularda birgə uçub- ÖZƏL

Olaylar.az xəbər verir ki,Yaponiya hökuməti Çin və Rusiya hərbi təyyarələrinin ölkəyə yaxın sularda birgə uçduğunu bildirib. Yaponiya Müdafiə Nazirliyinin açıqlamasına görə, iki Çin H-6 və iki Rusiya Tu-95 təyyarəsi Yaponiyaya yaxın sularda birgə uçuşlar həyata keçirib. Söz mövzusu Yapon dənizi (Şərq dənizi) bölgəsindən Şərqi Çin dənizinə həyata keçirilən birgə uçuşa qarşı Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə (ASDF) məxsus döyüş təyyarələri havaya qalxıb. Nazirlikdən verilən açıqlamada Yaponiyanın hava məkanının pozulmadığı vurğulanıb, lakin birgə uçuşun "açıq güc nümayişi" kimi qiymətləndirildiyi vurğulanıb. Sözügedən birgə uçuşla bağlı dərin narahatlıqların diplomatik kanallarla Rusiya və Çinə çatdırıldığı bildirilib. Cənubi Koreya Baş Qərargahı dünən 4 Çin və 4 Rusiya döyüş təyyarəsinin Koreya Hava Hücumundan Müdafiə və Tanıtma Bölgəsinə (KADIZ) daxil olduğunu açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31