Xarkovda ammonyak kəməri VURULDU
6 İyun 2023 23:49 DünyaRusiya ordusu Xarkov vilayətinin Kupyanski rayonunda ammonyak boru kəmərini ikinci dəfə atəşə tutub.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov məlumat verib.
"Rusiya terrorçuları Kupyanski rayonunda ammonyak boru kəmərini ikinci dəfə atəşə tutublar. Masyutovka kəndi yaxınlığındakı nasos stansiyasının ərazisinə ümumilikdə 6 zərbə qeydə alınıb", - o bildirib.
Onun sözlərinə görə, indiyədək havada ammonyak aşkar edilməyib. O, vəziyyətin nəzarət altında olduğunu qeyd edib.
Qeyd edək ki, bu gecə ruslar Kaxovka SES-in bəndini partladıblar.
Bölgədəki yaşayış məntəqələri üçün subasma təhlükəsi yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31