"ABŞ Kaxovka SES-dəki dağıntılardan dolayı çox narahatdır"

ABŞ Prezident Administrasiyası Kaxovka SES-dəki dağıntılardan dolayı çox narahatdır və baş verənlərin potensial nəticələrini anlamağa çalışır.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" administrasiyadakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu gecə ruslar Kaxovka Su Elektrik Stansiyasındakı (SES) bəndi partladıblar.

Bölgədəki yaşayış məntəqələri üçün subasma təhlükəsi yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31