"Biz düşmənin minaladığına nəzarət etmirik”

Kaxovka SES-in bəndinin partladılacağını öncədən bilirdik.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Kəşfiyyatımızda bu barədə informasiya var idi. Biz işğalçıların hələ ötən il bəndi minaladığını bilirdik. Lakin biz düşmənin minaladığına nəzarət etmirik", - deyə Zelenski bildirib.

Qeyd edək ki, bu gecə ruslar Kaxovka Su Elektrik Stansiyasındakı (SES) bəndi partladıblar.

Bölgədəki yaşayış məntəqələri üçün subasma təhlükəsi yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31