Baltikyanı ölkələr Ukraynada bəndin bombalanmasını qınayıb- ÖZƏL
6 İyun 2023 15:27 DünyaOlaylar.az xəbər verir ki, Litva prezidenti Gitanas Nauseda Ukraynadakı Kahovka bəndinin bombalanmasını Rusiyanın Ukraynanın mülki infrastrukturuna misli görünməmiş hücumu adlandırıb. Litva prezidenti Gitanas Nauseda özünün Twitter hesabında yazdığı paylaşımda Rusiyanı hədəf alıb. Ukraynada Kahovka bəndinin bombalanmasının Rusiyanın Ukraynanın mülki infrastrukturuna misli görünməmiş bir hücumu olduğunu ifadə edən Nauseda, böyük bir bəndin çökməsi minlərlə insanı birbaşa təhdid edən bir müharibə cinayəti olduğunu bildirib.
Estoniya prezidenti Alar Karis deyib ki, Kahovka bəndinin partladılması minlərlə Ukrayna vətəndaşının həyatını təhdid edəcək növbəti terror aktıdır. Bu, Moskvanın hakimiyyətdəki cinayətkarları üçün siyahıda daha bir ittiham olacaq.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, sözügedən partlayışın mülki əhali üçün böyük risk və təhlükə yaratdığını vurğulayaraq, "Bu, böyük humanitar və ekoloji fəlakətdir və su təchizatına böyük təsir göstərə bilər. Partlayışın səbəbi araşdırılmalıdır. Biz yaralanan mülki şəxslərə kömək etməyə hazırıq" deyib.