Fransada pensiya islahatlarına qarşı 14-cü kütləvi etiraz aksiyası- ÖZƏL
6 İyun 2023 15:25 DünyaOlaylar.az xəbər verir ki, Fransada pensiya yaşının 2 il uzadılması ilə bağlı mübahisəli islahat əleyhinə bu gün 14-cü ümummilli kütləvi tətil və nümayişlər keçirilir. Fransada başda enerji və nəqliyyat olmaqla bir çox sektorun öndə gedən həmkarlar ittifaqlarının çağırışı ilə tətil və etiraz qərarı verərkən, 1 milyona yaxın insanın küçələrə axışacağı proqnozlaşdırılır. Nümayişlər səbəbilə səhər saatlarından paytaxt Paris və ətrafında nəqliyyatda problem yaranıb.
Fransanın hər yerində, xüsusilə Paris, Lion, Marsel və Bordo şəhərlərində 250 nöqtədə nümayişlər keçiriləcək. Son sorğular göstərir ki, fransızların 57 faizi bugünkü tətil və nümayişləri dəstəkləyir. Daxili işlər naziri Gerald Darmanin nümayişlərə görə ölkə daxilində 4 mini Parisdə olmaqla 11 min polis və jandarm qüvvəsinin yerləşdirildiyini açıqlayıb. Dharmanin nümayişlərə xaricdən ifrat solçuların qatılacağı ilə bağlı alınan kəşfiyyat məlumatları əsasında əlavə tədbirlər görüldüyünü bildirib.