Rusiya Ukraynaya qarşı hücumun yeni mərhələsinə keçib - ÖZƏL

"Rusiya Ukraynaya qarşı hücumun yeni mərhələsinə keçib. Bu dəfə Moskva Ukraynada əsas strateji obyektlər, su elektrik və istilik elektrik stansiyaları, körpülər, bəndlər və. s bu kimi obyektləri dağıtmaqla ukraynalıları hakimiyyətə qarşı qaldırmağı hədəfləyib. Elə ötən gün Ukraynanın Kaxovka su elektrik stansiyasının partladılması da buna xidmət edir".

Bu fikirləri "OLAYLAR"-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Ukraynanın əks hücuma keçmək barədə bəyanatı Rusiyada ciddi təşviş yaradıb: 

"Rusiya gözəl bilir ki, Ukrayna əks hücuma keçsə, bu Moskva üçün acı məğlubiyyət olacaq. Onsuz da 1 ildən artıq davam edəm müharibədə hərbiu potensialının böyük bir qismini itirən Rusiya Ukraynanın əks-hücumunun qarşısında duruç gətirə bilməyəcəyini gözəl dərk edir. Ona görə də həmin əks-hücum əməliyyatının qarşısını almaq üçün Ukraynanın strateji obyektləri, stansiyalarına raket hücumları təşkil edir".

Politoloqun sözlərinə görə, Rusiya hesab edir ki, Ukraynanın strateji obyektlərini hədəf almaqla daha çox dağıntı və insan tələfatına yol aça bilər və bu da sadə ukraynalılar arasında Zelenskiyə qarşı etirazlara gətirib çıxarar:

"Beləliklə, həm Ukraynanın əks hücumu mümkünsüz olar, həm də Rusiya bir qədər toparlanar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31