Aİ: Ukraynada bəndin dağıdılması müharibə cinayətidir- ÖZƏL
6 İyun 2023 11:50 DünyaOlaylar.az xəbər verir ki,Avropa Şurasının prezidenti Çarlz Mişel Ukraynadakı Kahovka bəndinin vurulmasında Rusiyanı günahlandırıb və bunun hərbi cinayət olduğunu deyib. Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel Ukraynanın cənubunda bəndin bombalanması ilə bağlı sosial şəbəkədə açıqlama verib. Kahovka bəndinə "görünməmiş" hücumdan şoka düşdüyünü bildirən Mişel mülki infrastrukturların məhv edilməsinin müharibə cinayəti olduğunu vurğulayıb. Mişel qeyd edib ki, buna görə Rusiya və birlikdə hərəkət edənləri məsuliyyətə cəlb edəcəklər. Çarlz Mişel iyunun 29-30-da keçiriləcək Aİ Liderlər Zirvə toplantısında bu məsələni qaldıracağını və daşqın xəbərdarlığının verildiyi bölgəyə daha çox yardım göndərilməsini təklif edəcəyini açıqlayıb. Ukraynanın Xerson vilayətində yerləşən Rusiyanın nəzarətində olan Kahovka Su Elektrik Stansiyası (SES) bombardman nəticəsində dağıdılıb.