Ukraynadakı Kaxovka bəndi niyə bu qədər vacibdir?- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın nəzarətində olan Xerson yaxınlığındakı Kaxovka bəndi vurulub. Tərəflər bir-birini günahlandırarkən, daşqınlara qarşı bölgədən təxliyələrə başlanılıb. Vurulan anbar yerləşdiyi yerə görə olduqca vacibdir. 

Ukrayna Silahlı Qüvvələrinin yaydığı bəyanatda Ukraynanın Xerson vilayətinin Rusiyanın nəzarətində olan ərazilərində yerləşən Kaxovka bəndinin Rusiya qüvvələri tərəfindən partladıldığı bildirilib. "Dağıdmanın miqyası, suyun sürəti və həcmi, mümkün daşqın sahələri dəqiqləşdirilir" deyə bəyanatda bildirilib. Rusiyanın TASS agentliyi bəndin dağıldığını və yaxınlıqdakı ərazilərin su altında qaldığını bildirib. 

Hündürlüyü 30 metr, uzunluğu 3,2 km olan bənd 1956-cı ildə Kaxovka su elektrik stansiyasının tərkibində Dnepr çayı üzərində tikilib. Su anbarı həmçinin Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasını və Rusiyanın nəzarətində olan Zaporojjya AES-ni də su ilə təmin edir. Rusiya hazırda Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazisinin ən azı 18 faizinə nəzarət edir və 2014-cü ildə Krımı ilhaq etdikdən sonra Ukraynanın daha dörd bölgəsini Rusiya ərazisi elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31