Türkiyədə “Uber”in fəaliyyəti qadağan edildi

Türkiyənin 11-ci hüquq dairəsi Kassasiya məhkəməsi onlayn taksi xidməti göstərən "Uber" şirkətinin fəaliyyətini qadağan edib.

Olaylar.az APA-ya istinadən bildirir ki, İstanbul taksi sürücüləri dərnəyinin iddiası əsasında baş tutan prosesdə aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Məhkəmə "Uber"in qeyri-sağlam rəqabətə yol açdığını əsas gətirərək Türkiyədə fəaliyyətini qadağan edib, həmçinin ölkə ərazisindən şirkətin saytına girişi bloklayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31