Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

Türkiyənin Kahramanmaraş vilayətinin Göksün rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi məlumat yayıb.

Yerli vaxtla saat 19:40-da baş verən zəlzələnin ocağı 11,41 kilometr dərinlikdə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31