Rusiya qüvvələri Zaporojyedə hücumda olan onlarla Ukrayna hərbçisini məhv edib - ÖZƏL
5 İyun 2023 16:35 Dünya"Vremevka kəndi yaxınlığında döyüşlər davam edərkən, düşmənin Zaporojye bölgəsində irəliləmək cəhdlərindən sonra Rusiya qüvvələri onlarla Ukrayna hərbçisini məhv edib".
Olaylar.az xəbər verir ki, bunu "Biz Rusiya ilə birlikdəyik" hərəkatının sədri Vladimir Roqov bildirib.
"Aktiv artilleriya döyüşü gedir. Dünənki zərbənin baş verdiyi ərazinin şərqində döyüşlər davam edir. Onlar Vremevkanın cənub-qərbinə doğru hərəkət edirdilər, indi isə cənub-şərqdə irəliləyirlər", - deyə siyasətçi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31