Haitidə daşqınlar nəticəsində azı 15 nəfər ölüb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Haitidə təsirli olan leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ilk təsbitlərə görə 8 nəfər itkin düşüb, 15 nəfər ölüb.

Haiti Mülki Müdafiə Agentliyinin məlumatına görə, daşqın səbəbindən təxminən 13,400 nəfər evlərindən təxliyə edilib. Güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 7400-dən çox evə ziyan dəydiyi halda, ilkin təsbitlərə görə 8 nəfər həlak olub, 15 nəfər həyatını itirib. Haiti Baş naziri Ariel Henri verdiyi açıqlamada hökumətin daşqınlardan zərər çəkənlərə kömək etmək üçün yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirib. 2016-cı ildə Haitidə "Metyu" qasırğası nəticəsində 800-dən çox insan həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31