Çin diplomatı deyir ki, əksər Asiya ölkələri NATO-nun regionda genişlənməsinə qarşıdır - ÖZƏL
5 İyun 2023 16:15 Dünya"Asiya-Sakit Okean regionunun əksər ölkələri blokların qarşıdurmasına və regionda NATO-nun genişlənməsinə qarşıdır".
Olaylar.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib.
"Əksər ölkələrin mövqeyi çox aydındır: onlar regionda müxtəlif hərbi blokların birləşməsinə qarşıdırlar, NATO-nun Asiyaya genişlənməsini alqışlamırlar, blok qarşıdurmasının Asiyaya ötürülməsini qəbul etmirlər" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31