Seneqalda etiraz aksiyalarında 500-ə yaxın adam saxlanılıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Seneqalda müxalifət lideri və prezidentliyə namizəd Ousmane Sonkonun həbsə məhkum edilməsindən sonra baş verən hadisələrdə 500-ə yaxın adam saxlanılıb. Daxili işlər naziri Antoine Diome, paytaxt Dakarda mətbuata verdiyi açıqlamada, 1 iyunda başlayan etirazlardan sonra aralarında siyasi partiya üzvləri də olan təxminən 500 adamın nəzarətə alındığını söylədi. Həftə sonu ölkədə gərginliyin azaldığını ifadə edən Diome etirazlarda xarici qüvvələrin təsirli olduğunu və ölkəsinin hücuma məruz qaldığını iddia edib. Nazir Diome bildirib ki, etirazçılar infrastruktur obyektlərinə ziyan vurub və məhv ediblər. 

Rabitə Nazirliyi nifrət nitqinin yayılmasının qarşısını almaq məqsədilə mobil internetə çıxışın məhdudlaşdırıldığını açıqlayıb. Şiddətli hadisələrə çevrilən nümayişlərdə 16 nəfər həyatını itirib, 360 nəfər yaralanıb. İyunun 1-də paytaxt Dakarda keçirilən məhkəmə iclasında Sonko zorlama ittihamlarından azad edilib və gəncləri cinayətə sövq etdiyinə görə 2 il həbs cəzasına məhkum edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31