Ukrayna Rusiyaya hücum üçün Avropa silahından istifadə edə bilməz?- ÖZƏL
5 İyun 2023 14:49 DünyaOlaylar.az xəbər verir ki, Belçika hökuməti Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya verilən silahların Rusiyaya qarşı hücumlarda istifadə edilməsinə qarşı çıxır və onların yalnız özünümüdafiə məqsədilə istifadə oluna biləcəyini bildirir.
Belçikanın Ukraynaya göndərdiyi "FN Herstal" şirkətinin istehsal etdiyi "FN Scar" tipli avtomatik silahların Rusiyadakı hökumət əleyhinə qrupların Rusiya ordusuna qarşı hücumlarında istifadə edildiyini göstərən video görüntülər Belçikada müzakirə mövzusu olub. Belçikanın Baş naziri Alexander De Croo, iştirak etdiyi televiziya proqramında mövzu ilə bağlı sualları cavablandırarkən, Rusiya torpaqlarında Belçika istehsalı olan silahların istifadə edilib-edilmədiyini müəyyən etmək üçün kəşfiyyatçılara müraciət etdiyini söylədi. De Croo deyib ki, onların Ukraynaya verdiyi silahlardan yalnız Ukrayna torpaqlarının müdafiəsi üçün istifadə oluna bilməsi şərti var. "Bizim həm Belçika istehsalı olan, həm də digər Avropa ölkələrinin silahları ilə bağlı çox sərt qaydalarımız var. Biz ukraynalılardan vəziyyətə aydınlıq gətirmələrini xahiş etdik", -deyə De Croo bildirib.