İsveçdə PKK və terror qruplaşmasının rəhbərləri Türkiyəyə etiraz ediblər- ÖZƏL
5 İyun 2023 13:44 DünyaOlaylar.az xəbər verir ki,Türkiyənin İsveçin NATO-ya üzvlüyünü əngəllədikdən sonra iyunun 1-də qüvvəyə minən yeni antiterror qanunu ölkədəki terror təşkilatı PKK tərəfdarlarının reaksiyasına səbəb olub. Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Finlandiya ilə birlikdə NATO-ya üzvlük üçün müraciət edən İsveçin qarşısını alan Türkiyə gündəmdən düşmür.
Ötən gün İsveçin paytaxtı Stokholmda terror təşkilatı liderlərinin 20-25 ilə qədər həbs cəzası ala biləcəyi yeni qanuna etiraz edilib.
Terror təşkilatı PKK-nın simvolu və üzərində terror təşkilatının lideri Abdullah Öcalanın şəkli olan jiletlər geyinən 1000-ə yaxın fəal NATO və prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə şüarlar səsləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31