Əgər ABŞ ilə münaqişəyə girsək... - Çin
5 İyun 2023 13:43 DünyaPekin və Vaşinqton arasında qarşıdurma qlobal fəlakətə gətirib çıxara bilər.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki,bunu Çinin müdafiə naziri Li Şanfu deyib.
Nazir bildirib ki, Çin Vaşinqtonla dialoqa can atır:
"Beynəlxalq ictimaiyyət sabit münasibətləri səbirsizliklə gözləyir və istənilən potensial münaqişə və ya qarşıdurmadan narahatdır. Çin və ABŞ bir çox cəhətdən bir-birindən fərqlidir. Lakin bu, onların ikitərəfli əlaqələri genişləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün ümumi zəmin və ümumi maraqlar axtarmasına mane olmamalıdır. Pekin Asiya-Sakit okean regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq üçün açıq, inklüziv, şəffaf və bərabərhüquqlu çərçivənin yaradılması üzərində işləməyə hazırdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31