Ukrayna ordusu şərq cəbhəsində irəliləyir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirskiy bildirib ki, şərq cəbhəsində Svatove istiqamətində Ukrayna qoşunları əks hücuma keçərək 400 metr irəliləyib. Komandanlığın sosial media hesabından verilən açıqlamaya görə, komandir Sirski şərq cəbhəsinin ən gərgin bölgələrində müdafiəni saxlayan qoşunlara baş çəkib. Sirski burada verdiyi açıqlamada bölmə komandirləri ilə görüş zamanı cəbhə xəttinin müəyyən sahələrində ən qısa zamanda uğur qazanmaq üçün yeni yanaşmalar və baxışlar hazırlayıb həyata keçirdiklərini bildirib. 

Şərq cəbhəsindəki vəziyyətin daha da mürəkkəbləşdiyinə diqqət çəkən Sirski, cəbhə xəttinin bəzi hissələrində Ukrayna müdafiə qüvvələrinin irəliləməsinin sual altında olduğunu bildirib. "Mən Svatove istiqamətində rusların hücumunu dəf etməklə yanaşı, həm də uğurla əks-hücum keçirərək 400 metr irəliləyən 92-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadanın işinə diqqət çəkmək istərdim". Sirski onu da bildirib ki, 80-ci Əlahiddə Hücum Briqadası İvanivski meşəsində geniş ərazini taktiki əməliyyatlarla addım-addım azad edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31