"O, 200 min əsgərlə Ukraynanı işğal edib"

Almaniya kansleri Olaf Şolts ötən gecə Berlində hakim Almaniya Sosial Demokrat Partiyasının avropapərəst mitinqində çıxış edib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, tədbirə gələn və Ukraynaya silah verilməsinin əleyhinə şüarlar səsləndirən 100-ə yaxın rusiyapərəst fəal Şoltsu fitə basmağa çalışıblar:

"Onlar Almaniya kanslerini "müharibəpərəst", "yalançı", "quldur" adlandırıblar və "silahsız dünya" tələb ediblər".

Şolts isə onlara cavabında bildirib ki, müharibəni qızışdıran Putindir:

"O, 200 min əsgərlə Ukraynanı işğal edib. Putin Ukraynanı dağıtmaq və ələ keçirmək istəyir".

Kansler Rusiyanın aqressiv müharibəsinə görə Ukraynaya dəstək verməkdən başqa alternativ görmədiyini vurğulayıb:

"Bəli, zəruridir, əgər bir ölkəyə hücum edilirsə, o zaman ölkə özünü müdafiə edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31