TBMM-yə yeni sədrin seçiləcəyi tarix AÇIQLANDI
3 İyun 2023 18:14 DünyaTürkiyə Böyük Millət Məclisinə (TBMM) yeni sədrin seçiləcəyi tarix məlum olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, TBMM-yə yeni sədr seçimi 7 iyun saat 16:00-da keçiriləcək.
Bunu TBMM-nin müvəqqəti sədri, MHP lideri Devlet Bahçeli bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra açıqlayıb.
Qeyd edək ki, bu gün TBMM-in Baş Assambleyası Ərdoğanın andiçmə mərasimi üçün toplanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31