Ərdoğan rəsmi olaraq növbəti dəfə Türkiyə Prezidenti oldu
3 İyun 2023 18:03 DünyaRəcəb Tayyib Ərdoğan Türkiyə Prezidenti kimi and içib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, o, bununla da rəsmi olaraq yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, Türkiyə Prezidentinin daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacağı gözlənilir.
Xatırladaq ki, mayın 28-də keçirilən ikinci turda "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gələrək Türkiyənin növbəti 5 il üçün prezidenti seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31