7 mərtəbəli binada dəhşətli YANĞIN
2 İyun 2023 23:49 Dünyaİtaliyanın paytaxtı Romada 7 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, təmir işləri aparılan binada baş verən yanğın qonşu binalara da yayılıb. Hadisə yerinə onlarla yanğınsöndürən və təcili yardım maşını cəlb olunub.
Yanğın nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla, azı 17 nəfər yaralanıb. Yaralılar təcili xəstəxanaya yerləşdiriliblər. Həlak olanların sayının artacağı bildirilir.
Ətrafdakı binalardan ümumilikdə 100-dən çox insan təxliyə olunub. Ərazidə çadır şəhərcikləri qurulub.
İlkin məlumata görə, yanğın binanın qarajında avtomobildən başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31