"1,6 milyon sudanlı evlərini tərk edib"
2 İyun 2023 21:54 DünyaSudanda davam edən silahlı qarşıdurmalar səbəbindən 1,6 milyondan çox insan evlərini tərk edib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adhanom Qebreyesus deyib.
O bildirib ki, ÜST sudanlı qaçqınlara yardım etmək üçün qonşu ölkələrin səhiyyə qurumları ilə əməkdaşlıq edir:
"Sudandakı atışmalarda səhiyyə mərkəzilərinə 46 hücumun olduğu təsdiqlənib. Bu hücumlar 8 nəfərin ölümü və 18-nin də yaralanması ilə nəticələnib. Qəbuledilməz vəziyyətdir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31