ABŞ-da silahlı hücum terroru: 5 ayda minlərlə insan öldü- ÖZƏL

Olaylar.az xəbər verir ki, ilin əvvəlindən ABŞ-da silahlı zorakılıqlar nəticəsində 17 737 nəfər həyatını itirib. 

Bu gün ABŞ-da "Milli Silah Zorakılığı Maarifləndirmə Günü" kimi tanınır və buna görə də ölkədə silah zorakılığı yenidən müzakirə olunur. Ölkədəki silahlı zorakılıqları arxivləşdirən Silah Zorakılığı Arxivinin  məlumatına görə, bu il ABŞ-da 268 kütləvi atışma həyata keçirilib. Son 5 ayda ABŞ-ın müxtəlif bölgələrində baş verən silahlı zorakılıqlarda 17737 nəfər həyatını itirib, 14723 nəfər isə yaralanıb. Silah zorakılığının qurbanları arasında 0-11 yaş arası 113 uşaq və 12-17 yaş arası 642 uşaq var. 0-17 yaş arası yaralanan uşaqların sayı 1894 olaraq qeyd edilib. Silah Zorakılığı Arxivinin məlumatlarına görə, 2022-ci ildə silahlı zorakılıq nəticəsində 44.362 nəfər həyatını itirib, 38.592 nəfər isə yaralanıb. Yenə ötən ilin məlumatlarına görə, 0-17 yaş arası 1683 uşaq silahlı zorakılığın qurbanı olub, 4487 uşaq isə yaralanıb.

Dünyada ən kütləvi atışmaların yaşandığı ABŞ-da silahlanma mədəniyyəti ən çox müzakirə olunan məsələlərdən biridir. Siyasətdən tutmuş vətəndaş cəmiyyətinə qədər ölkədə silah əleyhinə olan kəsimlər fərdi silahlanma hüququnun qanuni məhdudlaşdırılması tələblərini səsləndirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31