Yaponiyada Mavar kabusu- ÖZƏL

Olaylar.az xəbər verir ki, Yaponiyada Mavar qasırğasına qarşı daşqın və sürüşmə xəbərdarlığı edilib. 

Şərqi Asiyada meydana gələn tropik Mavar qasırğasının təsirinə məruz qalan Yaponiyada daşqın və sürüşmə xəbərdarlığı edilib. Yaponiya Meteorologiya Agentliyi (JMA) ölkənin cənub-qərb bölgəsini vuran tropik Mavar tayfunu ilə bağlı xəbərdarlıqlarını yeniləyib. Sakit Okeandakı əyalətlər üçün daşqın və sürüşmə xəbərdarlığı edən JMA, Koçi də daxil olmaqla bəzi bölgələrdə müvəqqəti təxliyə çağırışı edib. 

Bildirilib ki, sürətini saatda 160 kilometrdən çox artırması qeydə alınan tayfunun ölkənin qərbinə, Okinavaya doğru istiqamətlənəcəyi gözlənilir. Şikoku və Kinki bölgələrində "həyat üçün təhlükə yaradan təbii fəlakət" xəbərdarlığı edən agentlik, 9 metrlik dalğaların Okinava sahillərinə çata biləcəyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31