Ukrayna 70 döyüşçü ilə HÜCUMA KEÇDİ

Ukraynanın 70-yə qədər döyüşçüsü və 5 tankı Belqorod vilayətinə hücumda iştirak edib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Hücumda ümumilikdə 70-ə qədər döyüşçü, 5 tank, 4 zirehli döyüş maşını, 7 pikap və "KamAz" iştirak edib", - deyə bildirilib.

Qeyd edək ki, səhər saatlarında Ukrayna diversantlarının Şebekino şəhərinə hücum etməsi və bunun fonunda şəhərdə güclü döyüşlərin davam etməsi barədə məlumatlar yayımışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31