Rəcəb Tayyib Ərdoğan və Kosova Baş naziri arasında telefon danışığı olub
31 May 2023 23:44 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kosova Baş naziri Albin Kurti ilə telefon danışığı aparıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Telefon danışığında Ərdoğan Kosovanın şimalında baş verənlərlə bağlı bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolunun dialoq prosesində irəliləmək olduğunu söyləyib.
Ərdoğan dialoq prosesinə töhfə verməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, bundan öncə Türkiyə lideri serbiyalı həmkarı Aleksandr Vuçiçlə telefonla danışmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31