"CHP lideri məhkəmə qarşısına çıxacaq”
31 May 2023 23:35 DünyaTürkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri, prezidentliyə keçmiş namizəd Kamal Kılıçdaroğlu yeni parlament müddətinin başlamasından sonra toxunulmazlığını itirəcək.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
"Kilçdaroğlu mayın 14-də keçirilən seçkilərdə deputatlığa namizəd olmadı, çünki o, prezidentliyə namizədliyini irəli sürmüşdü.
2002-ci ildən Türkiyə parlamentinin deputatı kimi toxunulmazlığa malikdir.
Prokurorluq Kılıçdaroğlu ilə bağlı 40 cinayət şikayətindən birini təsdiq etsə, CHP lideri məhkəmə qarşısına çıxacaq", - mətbuatın yaydığı məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31