Üzr istədi və siyasətdən GETDİ

Xalqların Demokratik Partiyasının həbsdə olan həmsədri Səlahəddin Dəmirdaş aktiv siyasətdən uzaqlaşıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

"Xalqımıza layiq bir siyasət apara bilmədiyim üçün səmimi qəlbdən üzr istəyirəm. Söz verirəm ki, bu nöqsanları öz əməli səylərimlə düzəldəcəyəm.

Həmçinin mənə qarşı konstruktiv tənqidə görə təşəkkür edirəm. Tənqidlərdən yararlanmağa çalışacağam. Bütün həbsxana yoldaşlarım kimi mübarizəni davam etdirərkən, bu mərhələdə aktiv siyasətdən ayrılıram", - S.Dəmirdaş qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31