Almaniya bu şəhərlərdəki konsulluqlarını BAĞLAYIR

Almaniyada Rusiyanın 4 konsulluğu bağlanacaq, yalnız biri fəaliyyət göstərəcək.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Vurğulanıb ki, Rusiyanın diplomatik nümayəndəlikləri ilin sonuna qədər öz işlərini başa çatdırmalıdırlar.

Almaniya da öz növbəsində 5 ay ərzində Novosibirsk, Yekaterinburq və Kalininqraddakı konsulluqlarını bağlayacaq.

Qeyd edək ki, Rusiyadan olan diplomatlar casusluqda şübhəli bilindiklərinə görə uzun müddətdir ki, müxtəlif Avropa ölkələrindən qovulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31