Avropa liderləri Moldovada görüşəcək- ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa qitəsi ölkələrinin liderləri Moldovada Avropa Siyasi Birliyinin 2-ci iclası üçün bir araya gələcəklər. Moldovanın paytaxtı Kişinyovdan 40 kilometr uzaqlıqda yerləşən tarixi Mimi qalasında sabah keçiriləcək 1 günlük toplantıya Türkiyə də daxil olmaqla 47 Avropa ölkəsinin liderləri və Avropa İttifaqı (Aİ) qurumlarının rəhbərləri dəvət olunub. Görüşə təkcə Rusiya və Belarus dəvət olunmayıb. Birincisi oktyabrın 6-da Fransa prezidenti Emmanuel Makronun təklifi ilə ötən ilin ikinci yarısında Aİ-yə sədrlik edən Çexiyanın paytaxtı Praqada bu dəfə Moldovada keçirilən görüş geosiyasi baxımdan simvolikdir. Ukraynadan sonra növbənin Moldovaya çatacağı ilə bağlı şərhləri xatırladan Aİ rəsmiləri görüşün Moldovada təşkil olunmasını Moskvaya mesaj kimi qiymətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31