Özbəkistan-Qırğızıstan sərhədində tikilmiş divar sökülüb- ÖZƏL
31 May 2023 12:10 DünyaOlaylar.az xəbər verir ki, Özbəkistan və Qırğızıstan arasında əvvəllər bağlanmış sərhəd-keçid məntəqələrinin açılması işləri davam edərkən, bu çərçivədə sərhəd-keçid məntəqəsindəki bir divar sökülüb. Özbəkistanın Əndican və Qırğızıstanın Cəlalabad əyalətlərindən keçən ümumi sərhədin Bekabad-Hanabad keçid məntəqəsində tikilən divar sökülüb. Sözügedən divar 2010-cu ildə Özbəkistanın keçid məntəqəsini bağlamaq üçün tikilib. Qırğızıstan Sərhəd Birlikləri tərəfindən verilən açıqlamada 2010-cu ildə Karasu və Qarabağış keçidlərinin, eləcə də sözügedən sərhəd qapısının qarşılıqlı keçidlərə bağlandığı xatırladılıb və tərəflərin sərhədin açılması üçün səylərinin olduğu vurğulanıb. Bundan əvvəl Özbəkistan və Qırğızıstan rəsmiləri iki ölkə arasında daha bir neçə sərhəd keçid məntəqəsinin açılması ilə bağlı danışıqların davam etdiyini açıqlamışdı. 2016-cı ildə prezident Şevkət Mirziyoyev vəzifəyə gəldikdən sonra qonşuları ilə münasibətlərini yaxşılaşdırmağa başlayan Özbəkistan, qonşu dövlətlərlə müxtəlif vəsilələrlə bağlanan sərhəd qapılarını yenidən açmağa cəhd etdi və bu çərçivədə sərhəd qapıları yenidən açıldı.